Yuxarı

Sürücülərin nəzərinə: Bu yolda təmir yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn Abay Kunanbayev küçəsində aparılan əsaslı təmir işləri yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, 1.9 km uzunluğa malik Abay Kunanbayev küçəsində yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1.3 km-lik hissədə 9 metrdən 12 metrə, 0.6 km-lik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 p-metr yeni səki daşları düzülüb.

Tikinti norma və qaydalarına əsasən daha sonra yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yolun 22 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

Tarix
2018.02.14 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla