Yuxarı

Başçıların seçkidən sonra azad edilməsi... - Prezident köməkçisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident, parlament, bələdiyyə seçkiləri və refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması vı keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z.Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir:

"Seçkilərin demokratik və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb".

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir:

"Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15i il əvvəlki dövlətdə yaşamırlar. İqtisadi baxımdan və demokratik ənənələri daha inkişaf etmiş bir ölkədə yaşayırlar".

Tarix
2018.02.15 / 11:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla