Yuxarı

Asılmış bankirlə bağlı açıqlama - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq "Bank of Baku"nun Əməliyyat Mərkəzinin şöbə müdiri Rauf Abdullayevin müəmmalı ölümü ilə bağlı "Yeni Müsavat"ın sorğusunu cavablandırıb. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov R.Abdullayevin ölümündən sonra Nərimanov Rayon Prokurorluğunda cinayət işinin başlandığını deyib:

"Qeyd edilən faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma - maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub və digər prosesual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq davam etdirilir".

Xatırladaq ki, noyabrın 20-də səhər tezdən Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 63/65 ünvanda yerləşən "Bank of Baku"nun Əməliyyat Mərkəzinin yerləşdiyi binanın arxasında qaz borusundan asılmış kişi meyiti aşkarlanıb. Məlum olub ki, asılmış vəziyyətdə meyiti aşkarlanan şəxs uzun illər bankın "Problemli kreditlər şöbəsi"nin müdiri vəzifəsində çalışan 1956-cı il təvəllüdlü Rauf Abdullayevdir. Onun həyat yoldaşı yoxdur. 1 qızı var və o, ailə həyatı quraraq ayrı mənzildə yaşayır. Mərhum hər gün işdən qayıdandan sonra qızı ilə danışarmış. Noyabrın 19-da isə belə olmayıb. Buna görə də R.Abdullayevin kürəkəni bütün tanışlarından onu xəbər alıb. Lakin kimsə R.Abdullayevin işdən çıxaraq hara getməsi haqda məlumatlı olduğunu deməyib. Bundan sonra onun kürəkəni hüquq mühafizə orqanlarına üz tutub və R.Abdullayevin meyiti aşkar edilib.

Oxşar olay ötən il də baş vermişdi. Azərbaycan Sənaye Bankının şöbə müdiri, 33 yaşlı Seymur Səmədov itkin düşmüşdü. Sonradan onun meyiti Xəzər dənizində aşkarlandı. Bu günə qədər S.Səmədovun müəmmalı ölümünün səbəbi ictimaiyyətdən gizli saxlanılır.

Tarix
2013.11.26 / 13:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla