Yuxarı

İstifadəsi qadağandır, amma Komitə satışa çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi istifadəsi qanunla qadağan edilmiş daha bir neçə qurğunu hərraca çıxarıb.

Axar.az xəbər verir ki, Komitə 27 mart tarixində müsadirə edilmiş əşyaların özəlləşdirilməsini həyata keçirəcək. Özəlləşdirməyə təqdim edilən əşyalar arasında istifadəsi qadağan edilmiş sayrışan işıq siqnalı və çoxavazlı səs siqnalı qurğuları da var.

Sayrışan səs siqnalı 15, çoxavazlı səs siqnalı isə 60 manata satışa təqdim edilib.

Maraqlıdır ki, Dövlət Komitəsinin hərraca çıxardığı bu qurğular qanunla qadağan edilib və həmçinin istifadə edən şəxslər cərimələnir.

Hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimənin tətbiqinə səbəb olur.

Sayrışan səs siqnalları isə qanunla qadağan edilməsi ilə yanaşı, həm də təhlükəlidir. Hələ ötən il hazırda Komitənin 15 manata satışa çıxardığı sayrışan işıq siqnalları səbəbindən təkcə Bakı şəhərində 8 avtomobil yanmışdı.

Yeri gəlmişkən qeyd edək ki, Komitə bir müddət öncə də qanunla qadağan edilmiş, istifadəsi zamanı 800 manata qədər cərimə nəzərdə tutulan anti-radar qurğusunu 22 manata satışa çıxarmışdı.

Axar.az İXM-nə görə cərimə nəzərdə tutulan və qanunla qadağan edilən qurğunun açıq şəkildə satışa çıxarılmasını ictimailəşdirdikdən sonra DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu tipli cihazların satışı ilə məşğul olan 3 nəfər saxlanılmışdı.

Tarix
2018.02.17 / 17:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla