Yuxarı

Müharibədə ölən azərbaycanlının məzarı tapıldı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:35

Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.

Müharibə zamanı yer üzündən silinmiş kəndin yerləşdiyi ərazidə 1943-cü ilə aid məzarlıq aşkar edilib. Oradan 26 döyüşçünün meyiti eksqumasiya edilib. Bundan əlavə, müvafiq araşdırma zaman məlum olub ki, tapılan cəsədlər 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad edilməsində iştirak etmiş 101-ci atıcı briqadasının döyüşçülərinə məxsusdur. Onların hamısının adları müəyyən edilib.

21 sentyabr 2017-ci il tarixində qeyd olunan əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin “Xatirə meydanı” memorialında bütün hərbi və dini ayinlərə riayət olunmaqla, təntənəli surətdə dəfn edilib.

Həlak olanlar sırasında əslən Rusiyanın Tula, Saratov, Perm, Voronej şəhərlərindən, həmçinin Gürcüstan, Özbəkistan, Ukrayna, Qazaxıstan və Azərbaycandan (1 nəfər) olmuş hərbçilər var. Soydaşımızın Laçın rayonundan olan 1907-ci il təvəllüdlü yefreytor Mirzəyev İbiş Rza oğlu olduğu müəyyən edilib. Onun məzarının tapılması haqda xəbər “Dolq” tərəfindən qohumlarına çatdırılıb.

Bu ilin 17-18 fevral tarixlərində təşkilat bütün həlak olmuş hərbçilərin yaxınlarını bir araya yığaraq 101-ci atıcı briqadasının döyüşçülərinin xatirəsini anmaq məqsədi ilə təntənəli matəm tədbirləri keçirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən, səfirlik tərəfindən yefreytor İ. Mirzəyevin qohumlarının sözügedən tədbirdə iştirakı üçün dəstək göstərilərək, onların Smolenskə səfəri təşkil olunub.

***

Böyük Vətən müharibəsində həlak olmuş yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvləri onun Smolenskdəki məzarını ziyarət ediblər.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, səfirlik tərəfindən yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvlərinin tədbirdə iştirakı təşkil olunub. Böyük Vətən müharibəsində həlak olmuş soydaşımızın ailə üzvləri 75 ildən sonra öz doğmalarının məzarını ziyarət edə biliblər.

Tarix
2018.02.19 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla