Yuxarı

Millət vəkili tələbələrə dəstək istədi - Görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Bursa valisi, millət vəkilləri və universitetin rektoru ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili Bursa valisi İzəddin Küçüklə görüş zamanı Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib və terrorun arxasında duranları lənətləyib.

Millət vəkili erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib.

“İnanıram ki, Azərbaycan və Türkiyə əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqlarımızda da keçirəcəyik”, - deputat vurğulayıb.

Millət vəkili görüş zamanı Bursada təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

Q.Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova 300-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı Uludağ Universitetinin rektoru Yusif Ulcayla da görüşüblər.

Görüşdə Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Q.Paşayeva səfər əsnasında həmçinin bursalı həmkarları ilə görüşlər keçirib və geniş müzakirələr aparıb.

Tarix
2018.02.19 / 17:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla