Yuxarı

Tikinti şirkəti səkini zəbt etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikinti şirkəti Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində vətəndaşların rahat gediş-gəlişi üçün nəzərdə tutulmuş səkini zəbt edib.

Bu barədə Axar.az-a müraciət edən Sumqayıt sakinləri bildirib ki, yeni tikilməkdə olan bina yol kənarına qədər uzadılıb. Ərazidə “Rasim 2008” MTK yüksək mərtəbəli yaşayış binası inşa edir. Tikinti işləri artıq başlayıb. Bir müddətdir ki, avtomobil yolunun kənarında sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş səki də hasara alınıb. Bu səbəbən sakinlər avtomobil yolunun kənarı ilə gedib-gəlməli olur. Bu da həm sakinlər üçün, həm də avtomobillər üçün təhlükləli vəziyyət yaradır.

Məsələ ilə bağlı Axar.az açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, vətəndaşların məsələ ilə bağlı hər hansısa şikayəti və problemi varsa, icra hakimiyyəti onu aradan qaldırmağa hazırdır:

“Qeyd olunan ərazidə aparılan tikinti 4-5 il öncə başlanılıb və həmin müddətdə lövhələr quraşdırılıb. Məsələ ilə bağlı ərazidə yaşayan sakinlər şifahi şikayət ediblər və problem araşdırılır.

Əgər sakinləri narahat edən hər hansı bir problem varsa, digər həll olunan problemlər kimi, bu da qısa müddətdə aradan qaldırılacaq”.

Tarix
2018.02.21 / 13:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla