Yuxarı

Zakir Həsənov Mi-24-ləri modernləşdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bütün Mi-24 helikopterləri Mi-24 Super Hind Mk.IV səviyyəsində modernləşdirilməsi həyata keçiriləcək.

APA-nın məlumatına görə, hazırda yerli "Azairtecservice" şirkəti bu istiqamətdə CAR-ın Paramount Group şirkətinə daxil olan Paramount Advanced Technologies (keçmiş ATE) şirkəti ilə birgə işlər aparır.

Noyabrın 17-dən 21-dək Dubay şəhərində keçirilmiş "Dubai Airshow-2013" aviaşousunda Azərbaycanda modernləşdirilmiş Mi-24 helikopterləri barədə məlumat verilib.

Qeyd olunub ki, təkmilləşdirilmə nəticəsində helikopterin əməliyyat imkanları artırılıb.

Təkmilləşmə işləri zamanı helikopterdə gecə görüntü eynəkləri tətbiq edilib. Döyüş və uçuş funksionallığı artırılıb və rəqəmsal xəritə ilə uçuşun idarə edilməsi elektron sistemi istifadəyə verilib. Gecə və gündüz hədəflərin izlənməsi, tutulması və təqib edilməsi sistemi tətbiq olunub. Yeni optik görmə sistemi və yeni nişangah pilota gecə və gündüz əməliyyatlarında topdan, idarə olunan və olunmayan aviasiya raketlərindən dəqiq atəş açmağa imkan verir. Helikopterin 20 mm çaplı topu pilotun dəbilqəüstü tuşlama sisteminə birləşdirilib və pilotun baxdığı istiqamətə top avtomatik olaraq yönəlir. Helikopterin silahlanmasına Ukrayna istehsalı olan "Baryer" tank əleyhinə idarə olunan raketləri əlavə olunub, müasir yeni taktik rabitə sistemi qurulub.

Tarix
2013.11.26 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla