Yuxarı

“Azərsell” Qubada təlimlər təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC ölkəmizdə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir.

Axar.az xəbər verir ki, şirkət əməkdaşları II dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində nazir müavinin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində Azercell şirkətinin peşəkar təmsilçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Suleymanov karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları mövzsunda bilik və təcrübələrini tələbələrlə bölüşüblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar verilib. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

Qeyd edək ki, “Azərsell”in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il ilk dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində də “Azərsell” təmsilçiləri iştirak ediblər. Bundan əlavə “Azərsell”in Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. 2017-ci ildə SABAH qrupları tələbələri üçün "Azərsell" Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
2018.02.21 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla