Yuxarı

Bakıda 200-ə yaxın pandus quraşdırıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 200-ə yaxın pandus quraşdırılıb.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, BNA-nın mühüm sosial əhəmiyyət kəsb edən layihəsi çərçivəsində 2017-ci il dekabrın 9-dan paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb. Pandusların maililiyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.

Hüseyn Cavid prospekti və Ayna Sultanova, Seyfəddin Dağlı və Məmməd Rəhimov küçələrinin, Bülbül prospekti və Mirzəağa Əliyev, Dilarə Əliyeva küçələrinin kəsişməsində tikinti-quraşdırma işləri yekunlaşıb. Həmçinin 28 May və Mehbalı Zeynalabdıyev, Rixard Zorge küçələrinin, Dilarə Əliyeva və Rixard Zorge, Rəşid Behbudov və Xəqani küçələrinin kəsişmələrində, Fizuli küçəsində və Xocalı prospektində də işlər başa çatıb. Ümumilikdə isə ilkin mərhələdə Bakı şəhərinin 5 rayonunda 415 pandusun tikintisi cari il iyul ayının 1-dək yekunlaşacaq.

Bakı Nəqliyyat Agentliyi yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda, panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir.

Qeyd edək ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulub

Tarix
2018.02.21 / 20:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla