Yuxarı

Azərbaycanda “plastik düyü” satılır? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:00

Xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu sübut edən video yayılıb.

Axar.az xəbər verir ki, yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar.

Yerləşdirilən videoda hər iki düyünün üzərinə kimyəvi maddə tökülür. Yerli düyünün üzərinə kimyəvi maddə tökülməsinə baxmayaraq, heç bir hadisə baş vermir. Ancaq saxta olduğu hesab edilən plastik düyünün üzərinə kimyəvi maddə töküldükdən bir qədər sonra düyü əvvvəlcə tüslüləməyə başlayır, daha sonra isə rəngi tamam dəyişərək əriyir. Hətta yerləşdiyi qabı da əridir.

***

Mən Azad İstehlakçılar İctimai Birliyinin sədri olaraq xaricdən gətirilmiş düyünün saxta olduğunu göstərəcək video hazırlayan şəxslərə səslənərək demək istəyirəm ki, saxta və plastik olduğundan əmin olduqları düyünü bizə təqdim etsinlər və həmin düyünün adını açıqlasınlar. Bizim təşkilat həmin düyünü bazardan tamamilə çıxaracaq və biz həmin düyünü ölkəyə gətirənlərin cəzalandırılmasına nail olacağıq.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan bəzi düyülərin saxta, plastik olması barədə yayılan videonu şərh edərkən deyib.

E.Hüseynov bildirib ki, Azərbaycanda saxta düyü yoxdur, satılmır:

“Süni düyü heç də saxta və ya plastik düyü anlamına gəlmir. Hazırda dünyada süni kürü də istehsal edilir və Azərbaycana da Rusiyadan idxal olunur, satışdadır. Bu süni kürü saxta kürü demək deyil. Bu, düyülərə də aiddir. Bəli, hazırda dünyada sünu yolla yetişdirilmiş düyülər var. Lakin sizi əmin edirəm ki, Azərbaycana belə düyülər gətirilmir, satışda da yoxdur. Ümumiyyətlə, “plastik düyü” anlayışı yoxdur. Məsələn, süni kürünün balıqla heç bir əlaqəsi yoxdur. Ancaq onu müxtəlif kompanentlərdən hazırlayırlar. Eləcə də düyünü. Nişasta, düyü unu və sair komponentlərin qarışığından süni düyü hazırlayırlar. O da müəyyən texniki şərtlərə uyğundur. Təhlükəli hesab edilmir. Ancaq yenə vurğulayıram ki, Azərbaycanda belə süni düyülər satılmır”.

E.Hüseynov bildirib ki, mağazalarda müxtəlif qablaşdırmada və müxtəlif adda satılan düyülərin saxta olması ilə bağlı heç bir şübhə yoxdur:

“Məlum videoya baxdım. Sizə və izləyənlərə bildirmək istəyirəm ki, o, tam yalan və dezinformasiyadır. Həmin videoda Masallı rayonunda yetişdirilmiş yerli düyünün adı çəkilir, bir növ reklam edilir, alınması məsləhət görülür. Ancaq digər düyünün adı çəkilmir, dəqiq ünvan verilmir və üstəlik, onların üzərinə tökülən kimyəvi maddənin də adı çəkilmir”.

İB sədri bildirib ki, hazırda ölkədə ən yüksək keyfiyyətli düyü Astara düyüsü hesab edilir:

“Xarici brend düyülərin qablarına ölkəmizdə saxtakarlıq edərək keyfiyyətsiz düyülər dolduraraq satışa çıxarılma halları var. Lakin mağazalarda, satışda plastik olduğu deyilən heç bir düyüyə rast gəlinməyib.

Xaricdən gətirilən düyülərin bişirildikdə bərk, yerli düyülərin isə daha sulu və əzilmiş formada olmasına səbəbi xarici düyünün saxta olması ilə bağlı deyil. Sadəcə yerli düyünün tərkibində su daha çoxdur. Xarici düyünün tərkibində isə su azdır və çox qurudulub. Bu səbəbdən həmin düyüləri dəmləyəndə gec dəm alır və bişməsi uzun çəkir”.

Tarix
2018.02.22 / 13:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla