Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Abituriyentlər zəif nəticə göstərmələrinin səbəbini izah edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə ali məktəblərə qəbul imtahanları başa çatdı. Baş tutan yekun imtahan isə iyulun 20-də 2-ci və 3-cü ixtisas qrupu üzrə keçirildi. Keçən il məzun olub ali məktəblərə qəbul ola bilməyənlər isə builki məzunlardan 2 ay əvvəl – may ayında imtahan verdilər. İyulun 24-dən etibarən isə ali məktəblərə ixtisas seçimi başlanıb və avqustun 4-nə qədər davam edəcək.

Hər bir qrup üzrə yüksək və aşağı nəticə göstərən abituriyentlər var. TQDK-nın qəbul qaydalarına əsasən, ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda toplanan ən yüksək bal 700 sayılır. Bu il isə bütün qruplar üzrə bu balı toplayanlar olmasa da, bir neçə ixtisas qrupunda buna rast gəlmək mümkün oldu. 1-ci və 4-cü qrup üzrə cəmi 7 nəfər, 2-ci qrup üzrə isə 2 nəfər 700 bal toplasa da, 3-cü qrupda bu qədər bal toplayan olmayıb. Abituriyentlər isə bunu tarix fənnindən olan test suallarının digər illərə nisbətən həddindən artıq çətin olmasıyla əlaqələndirirlər.

Axar.az olaraq bu il keçirilən qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlər arasında sorğu keçirərək, onlara imtahanla bağlı sual verdik.

Sualımız isə beləydi: - Qəbul imtahanında aşağı bal toplamağınıza səbəb nə oldu?

İlahəYusifli ( III ixtisas qrup, Azərbaycan bölməsi. Topladığı bal: 300):

"Tarix fənnindən olan suallar dəhşətli dərəcədə çətin idi. Üzdən asan görünsə də, çaşdırıcıydı".

Həmid Dənziyev (II ixtisas qrupu, Azərbaycan bölməsi. Topladığı bal: 114):

"Həm o qədər yaxşı hazırlaşmamışdım, həm də çox həyəcanlı idim. Lakin az bal yığmağımın əsas səbəbi həyəcanlanmağım oldu".

Sədrəst Məmmədova (III ixtisas qrupu, Azərbaycan bölməsi. Topladığı bal: 200):

"Yaxşı hazırlaşmamışdım və həyəcanlıydım. Bu il özümə söz vermişəm, Azərbaycan Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olacağam".

Bəxtiyar Rəhimov (I ixtisas qrupu, Azərbaycan bölməsi. Topladığı bal: 361):

"İmtahan verdiyimiz otaq çox isti və imtahan nəzarətçiləri həddindən artıq ciddi idi. Buna görə nəticəm pis oldu".

Həmid Rəhimli (II ixtisas qrupu , Azərbaycan bölməsi. Topladığı bal: 390):

"Futbola hədsiz marağım və buna görə də ciddi hazırlaşmadığım üçün az bal yığdım".

Azad Arzumanlı (II ixtisas qrupu, Azərbaycan bölməsi. Topladığı bal: 372):

"Buna səbəb telefon oldu. Feysbuk və Vatçap diqqətimi dərslərdən çox yayındırırdı".

Şəbnəm Zahidli (III ixtisas qrupu. Azərbaycan bölməsi. Topladığı bal: 380):

"Tarix fənninin sualları çətin düşmüşdü və həyəcanlandım".

Fəxrəddin Behbudov (I ixtisas qrupu. Azərbaycan bölməsi. Topladığı bal: 218):

"Hazırlıq vaxtı verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmirdim. Ümumiyyətlə, 10-cu sinifdə dərslərə tam məsuliyyətlə yanaşmırdım. Məktəbdə də dərslər boş keçirdi. Amma müəllimlər mənə həmişə deyirdilər ki, oxumağa potensialım var. Təəssüf ki, dərsə marağım az idi".

Tarix
2014.07.31 / 08:00
Müəllif
Nəcəf Ruslanoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

İşsizlər üçün imkan: deputatlar açıqladı - Video

Azərbaycanda zibildən elektrik enerji istehsal ediləcək

Natəvan Qədimova nazir təyin edildi

Azərbaycanlılar Türkiyəni İrana dəyişdi - Statistika

Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Naxçıvanda əməliyyat: Külli miqdarda narkotik…

Hakimdən Əfqan Muxtarlı ilə bağlı qərar

Qanun imzalandı: sürücülərə vaxt verildi

Hüseyn Abdullayev indi hardadır?

Yol düzəldi, indi də sakinlər işıqlandırma tələb edir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla