Yuxarı

Metropolitendə harada siqaret çəkmək olar? - Əmr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropolitenində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması” ilə bağlı yeni qəbul edilmiş qanunun icrası xüsusi nəzarətə götürülüb.

QSC-dən Axar.az-a verilən məlumata görə, Bakı Metropoliteni QSC-nin sədri Zaur Həsənov “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında qanuna əsasən müşavirə keçirib və müvafiq əmr imzalayıb.

Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilmişdi. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub.

Lakin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğun olaraq, Bakı Metropoliteni QSC-yə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.

Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Həmçinin həmin Qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev 2017-ci il dekabrın 29-da Fərman imzalayıb.

Tarix
2018.02.22 / 15:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla