Yuxarı

Fransız dilində AXC istiqrazı– Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə aid pul vahidləri qorunub saxlanılır.

Axar.az xəbər verir ki, AXC-nin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinazlarla başlayır. Əskinazın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib. Cümhuriyyətin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq, 500 manatlıq əskinazın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində verilib.

Cümhuriyyətin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan faizsiz və uduşlu 500 manat məbləğində istiqrazların buraxılışıdır. Bu istiqraz Azərbaycan hökumətinin icazəsi ilə Bakı İdarəsi tərəfindən 1919-cu il avqustun 20-də buraxılıb. Biletin üzərində istiqrazın buraxılması haqqında qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti göstərilib.

Tarix
2018.02.22 / 17:42
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla