Yuxarı

Lotu Qulinin qətli sifariş edildi - Rusiya KİV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı qətlin Ermənistan vətəndaşı, kriminal avtoritet Zap Leninakanski ləqəbli Andranik Soqoyan tərəfindən törədildiyi məlum olub. Qətlin sifarişçiləri isə hazırda həbsdə olan Şakro Molodoy ləqəbli kriminal avtoritet və onun bacısı oğlu Dato Osmanov olub.

Ancaq bəziləri bu qətlin azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbli Nadir Səlifov tərəfindən sifariş edildiyini iddia edib. Çünki hadisə baş verən zaman Quli ilə çeçen mafiası arasında ciddi fikir ayrılığı mövcud idi. Alxanaşvili də milliyətcə çeçen idi. Lakin Lotu Qulinin beynəlxalq axtarışdan gizlənmək üçün yerləşdiyi İstanbulda Alxanaşvilini öldürmək üçün heç bir əsası olmayıb. Sirr deyil ki, hazırda Türkiyə polisinin bütün diqqəti Lotu Qulinin üzərindədir. Demək olar ki, hər həftə Lotu Qulinin qaldığı ev polis tərəfindən yoxlanılır.

Bu arada Zapın Lotu Qulinin düşmənləri ilə yaxınlaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və qanuni oğru Zaur Əhmədov ötən həftə Zapla görüşüblər. Görüş zamanı Zapa Lotu Qulinin qətlinin sifariş edildiyi istisna olunmur.

Tarix
2018.02.22 / 16:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla