Yuxarı

Bina tikintisi üçün tələblər dəyişdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilot layihə çərçivəsində köhnələri söküb, yeni binaları tikərkən artıq icra hakimiyyətləri bu məsələni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmayacaq.

Axar.az-ın "Xəzər xəbər"ə istinadən məlumatına görə, bu dəyişiklik Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarına edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinə rəy verilməsi icra hakimiyyətlərinin səlahiyyətlərində olacaq.

Ekspertlər bildirir ki, bu dəyişiklik inşaat sektorunda sahibkarların bu sahəyə daha çox maraq göstərməsinə imkan yaradacaq. Mütəxəsislər qeyd edir ki, pilot layihə çərçivəsində inşa olunan binalar eyni zamanda mənzillərin çıxarış məsələsi və kommunal xidmətlərin normal təmin olunması üçün də böyük əhəmiyyətə malikdir.

Yeni qaydaların tətbiqindən öncə tikintinin memarlıq hissələri barədə rəylərin verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müraciət aldıqdan sonra 1 həftə ərzində ona rəy verirdi. Dəyişikliyə əsasən, bu tələb də ləğv edilib.

Tarix
2018.02.22 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla