Yuxarı

Gündüzlər evdə toplaşırdıq, axşamlar isə... – Nardaran işi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş daha iki nəfər - Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs qismində Əbülfəz Bünyatov ifadə verib.

O, ittiham üzrə özünü təqsirli bilməyib.

Bildirib ki, Müsəlman Birliyi hərəkatının rəhbəri Taleh Bağırov olub:

"Birliyin idarə heyətində olmuşam. Taleh Bağırovla illər öncədən dostuq. Layihələrimiz olub. Bizim işimizdə radikallıq, terrorçuluq fikirləri olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə baş verən günü Taleh Bağırov onun qonağı olub:

"Bizim həyətimizdə 30 nəfərə yaxın adam var idi. Onlar namaza gəlmişdi. Taleh Bağırovla ailəvi dostluq etmişik, 5-10 gün idi ki, bizdə qalırdı. Gündüzlər evdə namaza toplaşırdıq, axşamlar isə məscidə gedirdik".

Əbülfəz Bünyatov bildirib ki, evindən silah tapılması barədə yazılanlar böhtandır:

“Hadisə baş verən günü həyətə polislər gəldi. Bu zaman qarşıdurma yarandı. İçəri girənlər üzü maskalı idi. Yerli sakinlərdə silah-sursat olmayıb. Hadisə zamanı qumbara partlamayıb, polislərin harada ölməsi barədə dəqiq məlumatım olmayıb”.

Əbülfəz Bünyatov qeyd edib ki, əvvəllər jurnalistika fəaliyyəti ilə məşğul olub. O, dövlət əleyhinə çağırışlar etmədiklərini deyib.

Ə.Bünyatov hadisə zamanı aldığı güllə yarasından sonra iflic olduğunu və sonradan baş verənləri xatırlamdığını bildirib:

“Ayılanda Daxili İşlər Nazirliyinin hospitalında olduğumu gördüm. İki ay orada polis nəzarəti altında saxlanılmışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nardaranda yollar heç vaxt bağlı olmayıb, bununla bağlı deyilənlər yalandır.

Daha sonra təqsirləndirilən Əbülfəz Bünyatovun əmisi oğlu Sərdar Bünyatov şahid qismində ifadə verib.

Şahid bildirib ki, bu hadisələr zamanı iki qardaşı rəhmətə gedib.

Sərdar Bünyatov istintaqa ifadə vermədiyi deyib. Hakim cinayət işinin 5-ci cildində olan ifadəsini elan edib. Onun həmin ifadəni 2016-cı il apreln 11-də verdiyi qeyd olunub. O, istintaqa verdiyi ifadəsində Əbülfəzdən Taleh Bağırovdan ayrılmağı, ondan xeyr gəlməyəcəyini və evdən qovmasını istədiyini bildirib:

"Əmim Əbülfətə də deyirdim ki, Talehi evdən qovsun. Amma o, Talehin Əbülfəzin qonağı olduğunu, evdən qova bilməyəcəyini dedi".

Şahid Taleh Bağırovun hərəkatında olduğunu, hər ay 1 manat üzvlük haqqı ödədiyini deyib:

"Sonra birliyin mövqeyi ilə razılaşmadım və oradan ayrıldım".

Saleh Bünyatov istintaqa verdiyi ifadəsini təsdiqləməyib.

Növbəti proses martın 1-də davam edəcək.

İttihama görə, Elxan İsgəndərovun barəsində həbs-qətimkan tədbiri Nardaran hadisələrindən sonra seçilib.

Digər təqsirləndirilən Əbülfəz Bünyatov iflic olub. Bu səbəbdən onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Tarix
2018.02.23 / 13:14
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla