Yuxarı

ADU-da Germanistika İnstitutu açılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də ADU-da Azərbaycan ədəbiyyatının böyük təbliğatçısı, Almaniyanın Vürsburq Universitetinin və Azərbaycan Dillər Universitetinin (ADU) professoru, Osvold fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziglinde Hartmanın rəhbərliyi ilə Germanistika İnstitutunun açılış mərasimi keçiriləcək.

ADU-dan Axar.az-a verilən məlumata görə, tədbirdə Almaniya, Avstriya, İsveçrə səfirliklərinin nümayəndələrinin, Azərbaycanda alman dili sahəsində fəaliyyət göstərən təşkilatların və alman dilinin tədris olunduğu universitetlərin əməkdaşlarının iştirakı da nəzərdə tutulub.

ADU-da professor Hartmanın Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrin toplandığı kitabın təqdimatı da baş tutacaq.

Martın 6-16-sı tarixlərində professor Hartman ADU-nun tələbə və müəllim heyətinə “Nibelunqlar nəğməsi və Kitabi-Dədə Qorqud” mövzusunda silsilə mühazirələr oxuyacaq və 16.03.2018-cil tarixində alman və Azərbaycan ədəbi nümunələri əsasında yekun tədbir olacaq.

Germanistika İnstitutu fəaliyyəti çərçivəsində seçilən tələbə və müəllimlərin Almaniyada müxtəlif ixtisasartırma kurslarında iştirakı, almaniyalı professorların ADU-da mühazirələrinin təşkili, ADU müəllimlərinin Almaniyada fəaliyyəti nəzərdə tutulur.

Tarix
2018.02.23 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla