Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2018


Namus üstündə baş verən ailə faciəsinin şok detalları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda namus üstündə ağır ailə faciəsi baş verib.

"Hafta.az"a daxil olan məlumata görə, rayonun bir kəndində Aygün adlı (bütün adlar şərtidir) qadın özünü asıb. Lakin bu hadisə sadəcə özünəqəsd kimi qiymətləndirilmir.

Kənd sakinilərinin verdiyi məlumata görə, Aygün özünü asmamışdan bir gün öncə həyat yoldaşı Nicat ilə oğlu Namiqi İrana yola salıb. Ata ilə oğul İrana getdikləri günün axşamı Aygün həyatının faciəsini yaşayıb.

Məlumatda bildirilib ki, həmin gecə saat 2 radələrində qonşu Xudayar, Aygünün pəncərəsindən kiminsə içəri girdiyini görüb:

"O, fanar və fotoaparat götürərək pəncərəyə qalxıb və naməlum şəxsin Aygünün otağında fotosunu çəkib. Həmin fotonu isə səhəri gün bütün kəndə yayıb. Aygünün atası qızını şantaj etdiyi üçün Xudayardan Polis İdarəsinə şikayət edib. Polis məsələni araşdırıb başa çatmamış faciə baş verib. Bu hadisədən 24 saat keçməmiş, Aygün özünü asıb".

Xudayarın kənd camaatına bildirdiyinə görə, səhəri gün Aygün onun yanına gələrək, şəkili silməyi və bu məsələdən heç kimi məlumatlandırmamağı xahiş edib:

"Aygün deyib ki, bunu bir sən bilirsən, bir də mən. Qoy öz aramızda qalsın. Lakin Xudayar onun sözlərinə məhəl qoymayıb. Belə olan halda Aygün özünü Kür çayına atmaq istəyib. Kənd sakinlərinin onu görməsi isə bu planın baş tutmaması ilə nəticələnib. Həmin gün təxminən 15 radələrində Aygünün həyətlərindəki çardaqdan asılmış şəkildə cansız bədəni tapılıb".

Məlumatda o da bildirilir ki, hadisəni araşdıran polis Aygünün özünü asdığı kəndirdən qardaşının barmaq izlərini aşkarlayıb:

"Qardaşı isə bildirib ki, Aygünün meyitini kəndirdən o açıb. Buna görə də onun barmaq izləri ekspertiza əməliyyatı nəticəsində aşkarlana bilər".

Aygün ölümündən yarım saat əvvəl oğlu və həyat yoldaşı ilə telefonla danışıb.

Aygün özünü asmamışdan öncə əri Nicatın telefonuna zəng edib. Nicat isə bildirib ki, artıq kəndin girəcəyindədir və yarım saata evlərinə çatacaq. Xatırladaq ki, həmin vaxt Nicat baş verən hadisələrdən xəbərsiz olub. Daha sonra oğlu Namiqlə də danışan Aygünün telefon zəngindən yarım saat sonra həyətdə asılmış vəziyyətdə meyiti tapılıb. Nicat isə bu xəbəri evlərinin yaxınlığında məsciddə azan çəkən mollanın sonda rəhmətə gedənin adını qeyd etməsi nəticəsində öyrənib (bu kəndin adətlərinə görə, insan ölən zaman bunu məscidin mollası yüksək səslə bütün camaata çatdırır - red.)

Hadisə ilə bağlı əməliyyat aparan Sabirabad Rayon Polis İdarəsi meyitin üzərində hər hansı bir zorakılıq əlaməti aşkarlamayıb. Lakin kənddə gəzən şayiələrə görə, Aygünü özünü asmağa qardaşı məcbur edib.

Qeyd edək ki, Nicat və Aygün təxminən 10 il idi ki, evli idilər. Onların iki azyaşlı uşaqları var.

Aygünün evinə girən şəxs və bunu fotoya alan Xudayar haqqında polis idarəsi tərəfindən tədbirlər görülüb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.

Tarix
2014.07.31 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda 5 min eşşək yoxa çıxdı

Daha bir sürüşmə: bu dəfə yol... - Video

Ağacdan yıxıldı, öldü

Gömrükçülər ölkəyə silah gətirən şəxsi tutdular

Köçəri Sumqayıt qətlə yetirildi

Həmin vaxt Bakıda küçəyə çıxmaq olmurdu - Foto

"Teleqraf"ın əməkdaşı birinci oldu - Foto

General vətəndaşlarla görüşdü

Avrobus qəzasına görə 2 nəfər həbs edildi – Video

Sürüşmə təhlükəsi olan ərazilər - Siyahı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla