Yuxarı

Erməni diasporu Fətullayevi məhkəməyə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altında olan ərazilərinə Bakıdan izn almadan qanunsuz səfərlər etdiyinə görə ölkənin qara siyahısına salınan Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyan jurnalist Eynulla Fətullayevi məhkəməyə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, artıq Karampetyanın vəkili Corc Henri Byussi Fətullayev və “Haqqin.az” saytına bununla bağlı məlumat göndərib. Byussi saytdan Karampetyanın fəaliyyəti haqqında bir müddət əvvəl Eynulla Fətullayevin qələmə aldığı araşdırmanın silinməsini tələb edib.

“Haqqin.az” saytı artıq məsələ ilə əlaqədar bəyanat da yayıb. Sayt Karampetyanın fəaliyyəti haqqında jurnalist araşdırmasının beynəlxalq qanunvericiliyi, Avropa Konvensiyasını və Azərbaycan qanunlarını pozmadığını bildirib. Redaksiya həmçinin saytın rəhbəri Eynulla Fətullayevin Belçika məhkəməsinə çıxmağa və Karampetyanın qanunsuz fəaliyyətini sübut etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Fətullayev fevralın 20-də “Kaspar işi: xüsusi xidmət orqanları, brillyantlar və qan” məqaləsini yayımlayıb. Məqalədə Karampetyanın fəaliyyəti geniş işıqlandırılıb. Fətullayev öz yazısında erməni diasporunun Avropa qanadının liderini separatçı rejimin legitimləşdirilməsində ittiham edib.

Baş Prokurorluq Karampetyanın 2014-2018-ci illər ərzində Azərbaycan sərhədini qanunsuz keçməsi və Xankəndində olmasını, Azərbaycanın suverenliyi əleyhinə çıxışlar etdiyini müəyyən edib. Ona qarşı cinayət işi qaldırılıb.

Tarix
2018.02.24 / 09:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla