Yuxarı

Bu, insanlıq üçün utancdır – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.

Axar.az xəbər verir ki, millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məruzə ilə çıxış edib.

Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cəmil Dəmir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər.

Millət vəkili Xocalı Soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb:

“Biz heç zaman dünyada insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya niyə susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandır. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər və hələ də ədalət qarşısında cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq göstərmir”.

Deputat qeyd edib ki, Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər:

“Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm, hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır. Dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanları qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Bu məsələdə gənclərin üzərinə çox böyük missiya düşür”.

Tarix
2018.02.24 / 16:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla