Yuxarı

Sabah qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti təşkil edəcək.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti təşkil edəcək. Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında səhər bəzi yerlərdə çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti təşkil edəcək.

Tarix
2018.02.25 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla