Yuxarı

Azərbaycanda əsgərliyə çağırış qaydaları dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.

Bu qərar stomatoloq, dermato veneroloq, psixoloq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda qəbul edilir.

Bu o qədər də uğurlu qərar deyil

"Axar.az" saytı olaraq məsələ ilə əlaqədar hərbi-ekspert Üzeyir Cəfərli ilə əlaqə saxladıq.

Üzeyir bəyin dediyinə görə, əslində, bu qərar cəmiyyətə izah edilməliydi: "Əslinə qalsa, bununla bağlı cəmiyyətə bilgi verilməliydi ki, niyə görə Nazirlər Kabineti bu qərarı qəbul elədi! Məncə, Ancaq hesab edirəm ki, bu o qədər də uğurlu qərar deyil. Qanunu qəbul edərkən bir qədər tələskənliyə yol veriblər. Bunun fəsadlarını bir müddətdən sonra görəcəyik. Fəsadları o mənada ki, komissiyanın nəticələrindən narazı qalan valideynlər sözsüz ki, övladlarının sağlamlıqları ilə bağlı müvafiq qurumlara şikayət edəcəklər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, cəmiyyətə açıqlama verilməli idi".

Əliəyrilik etmək istəyən onsuz da edəcək

Dəyişikliyin mənfi tərəflərinə də toxunan hərbi-ekspert insanların bundan sui-istifadə edəcəyini istisna etmədi:

"Təsəvvür edək ki, mən keçən il möhlət hüququ almışam. Yeni qaydaya görə, gələn il mən yenidən həkim komissiyasından keçməliyəm. Bu, yenə də müəyyən neqativ hallara yol aça bilər. Prezident deyir ki, korrupsiya yığışdırmalıdır, ancaq faktiki olaraq, əliəyrilik etmək istəyən onsuz da edəcək. Yenə də həqiqətən xəstə olanlar ordu sıralarına aparılacaq, əziyyət çəkəcəyik. Bird aha deyirəm, yaxşı olardı ki, bu qanun cəmiyyətdə müzakirə ediləydi".

Tarix
2013.10.06 / 13:48
Müəllif
Vüsal Tağı
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla