Yuxarı

Rektordan Xocalı ilə bağlı rüsvayçı səhv - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Universitetinin Xocalı soyqırımı ilə bağlı keçirdiyi mərasimdə rektor Səadət Əliyevanın çıxışında ciddi yanlışlıq nədənsə nəzərlərdən yayınıb.

Axar.az xəbər verir ki, fevralın 23-də Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdən hazırlanan və universitetin rəsmi saytında da yerləşdirilən məlumatda utancverici səhvə yol verilib. Rektor Səadət Əliyeva bildirib ki, 1992-ci il yanvarın 26-dan 27-nə keçən gecə Xocalıda törədilənlər keçən əsrin ən dəhşətli faciəsi, vəhşilik aktıdır...

Rektorun ay, həmçinin gün səhvi etməsi və bu dəhşətli soyqırım tarixi ilə bağlı yanlışlığı aradan qaldırıla bilərdi. Ən azı məlumat yayılandan sonra rektor özü və yaxud universitetin aidiyyəti qurumu düzəlişə cəhd etsə, problem də olmaz və bunu hallandırmağa ehtiyac qalmazdı. Məsələ burasındadır ki, aradan 2 gün vaxt ötməsinə baxmayaraq, sözügedən məlumatdakı ciddi səhv heç kəsi narahat etmir. Bu isə iki məntiqi nəticə doğurur: ya Səadət Əliyeva da daxil olmaqla, onlar Xocalı faciəsinin nə vaxt törədildiyini bilmir, ya da bu tədbir, məlumat, mərasim onlar üçün "öhdəlikdir", məcburi keçiriblər və başdan elədikləri mərasimin necə işıqlandırıldığı onların eyninə də deyil. Rektor o qədər biganədir ki, rəsmi saytında dərc edilən mətndəki kobud səhvini oxumur, görmür, bilmir.

Təəssüf ki, rəsmi və mötəbər agentliklər də sözügedən xəbərə diqqətsizlik göstərib, düzəliş etmədən olduğu kimi ictimaiyyətə təqdim edib.

Bu məlumatın bir neçə rəsmi mənbədə bu qədər yanlış dərcinin nəticəsi nədir? Axtarış proqramı ilə Xocalı soyqırımı barədə məlumat öyrənmək istəyən, tutaq ki, bir əcnəbinin qarşısına bu informasiya çıxarsa, necə olar?

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Qarabağ, o cümlədən Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında yürütdüyü siyasət hər bir Azərbaycan vətəndaşına bəllidir.

Hər bir Azərbaycan vətəndaşı Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verməyə borcludur.

Lakin əvvəlcə tariximizi öyrənək. Tariximizi öyrənək, biganə olmayaq ki, başqalarına da həqiqəti çatdıra bilək: bu kimi kobud yanlışlığa yol verib, biabır olmayaq!

Tarix
2018.02.25 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla