Yuxarı

Nəqliyyatda gediş qiymətləri qaldırılmayacaq - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İritutumlu avtobusların şəhər nəqliyyatından yığışdırılması ilə bağlı xəbər saytlarında yayılan məlumatlar tamamilə əsassızdır".

Bu sözləri "Axar.az"a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov dedi. O, bildirdi ki, iritutumlu avtobuslarla bağlı nazirliyin planı yayılan məlumatlarla tamamilə ziddiyət təşkil edir:

"Biz nəinki iritutumlu avtobusların nəqliyyatdan yığışdırılmasını düşünmürük. Hətta Nəqliyyat Nazirliyinin planında var ki, iritutumlu avtobusların sayını şəhər nəqliyyatında artırsın. Çünki iri tutumlu avtobuslar manevr imkanlarına görə digərlərindən üstünlüyü ilə fərqlənirlər. Şəhər nəqliyyatındakı xırda tutumlu avtobusları artıq neçə ildir ki, yığışdırmışıq. Xətdə olan orta və iritutumlu avtobuslardır. Orta tutumlu avtobusları da ona görə saxlamışıq ki, şəhərin dar küçələrində iritutumlu avtobusların hərəkəti çətin ola bilər. O ki qaldı yığışdırmaq məsələsinə, mən bir daha deyirəm ki, nazirlik şəhər nəqliyyatında üstünlüyü məhz bu iritutumlu avtobuslara verir. Həmin iri avtobuslardan əlavə olaraq da gətirməyi nəzərdə tutmuşuq".

Nazirliyin mətbuat xidmətinin rəhbəri nəqliyyatdakı qiymət artımının olacağı ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi:

"Qiymətlərin artımı Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu artımın olması üçün nazirlik Tarif Şurasına heç bir müraciət etməyib və yaxın zamanlarda da belə bir təklif gözlənilmir".

Tarix
2013.11.26 / 16:27
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla