Yuxarı

Qaraçuxur sakinlərinin çuxur problemi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Yeni Günəşliyə gedən yolda görülən işlər asfaltı dağıdıb.

Axar.az xəbər verir ki, uzun müddətdir sözügedən ərazidə aparılan işlər yekunlaşsa da, yolun dağılmış hissəsi bərpa edilməyib. Ərazidə avtobus və minik avtomobillərinin hərəkətində problem yaranıb.

Sakinlər bildiriblər ki, qazılan yer 141 saylı məktəbə gedən yolun üstü olduğuna görə uşaqlar dərsə gələn və dərsdən çıxan vaxt burada vəziyyət daha da acınacaqlı olur. Asfalt dağıdıldığına görə yağış yağan kimi yollar palçıq olur.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurum sözügedən ərazidə heç bir qazıntı işi aparmayıb:

“Yolu kim qazıbsa, onlar da bərpa etməli, problemi aradan qaldırmalıdır. Yolda qazıntı işlərini həyata keçirən quruma müraciət etmək lazımdır. Orada görülən işlərin bizimlə əlaqəsi yoxdur. Bərpa edə bilmirlərsə, bizimlə müqavilə bağlasınlar, yolu bərpa edək”.

Tarix
2018.02.26 / 16:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla