Yuxarı

Kastamonuda Xocalı soyqırımı abidəsi açılacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Kastamonu bələdiyyə başqanı Tahsin Babaş ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Kastamonunun mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə, eyni zamanda, orada Xocalı soyqırımı abidəsinin ucaldılacağına inandığını deyib.

Azərbaycanı çox sevdiyini deyən Kastamonu bələdiyyə başqanı təklifi müsbət qiymətləndirib.

Millət vəkili görüşdə ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ və Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri əsnasında verdiyi mesajları xatırladıb.

Deputatın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Kastamonuda da böyük tədbirlərin keçirilməsi təklifi bələdiyyə başqanı tərəfindən müsbət qarşılanıb.

Q.Paşayeva həmçinin Kastamonu valisi Yaşar Karadənizlə də görüşüb və Qarabağ həqiqətlərinin bu vilayətdə geniş təbliğinin vacibliyindən söz açıb.

Y.Karadəniz şəhidlərimizə allahdan rəhmət diləyib və torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Deputat Kastamonuda təhsil alan azərbaycanlı tələbələrin problemlərinin həllinə dəstək göstərilməsini də xahiş edib.

Tarix
2018.02.26 / 18:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla