Yuxarı

Şəhidlər Xiyabanı satıldı: camaat ayağa qalxdı – Axar Tv

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup Keşlə qəsəbə sakini etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin bu sahəyə qonşuluqda yaşayan şəxs tərəfindən zəbt edilməsidir.

Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.

Qəsəbə sakinləri Elşən Əhmədovun burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə, Şəhidlər Xiyabanına doğru olan ərazini öz həyətinə qatan Elşən Əhmədov xiyabana ikinci qapı açmaqla, əslində buranı satmağı planlaşdırır.

Qeyd edək ki, rəsmi sənədlərdə torpaq sahəsi Elşən Əhmədovun oğlu Telman Əhmədovun adına qeydiyyata alınıb. Burada diqqət çəkən məqamlardan biri isə torpağın yaxın vaxtlarda, yəni 17 iyul 2014-cü ildə qeydiyyatdan keçirilməsidir. Torpaq Komitəsinin çıxarışı göstərilsə də, torpaq sahəsinin ayırılması ilə bağlı bələdiyyə və tikinti ilə bağlı İcra Hakimiyyətinin sənədlərini isə sahibkar nədənsə göstərmək istəmədi.

Xatırladaq ki, E.Əhmədovun məşhur "Sərin" restoranının sahibinin qardaşı olduğu da bildirilir.

Ətraflı süjetdə...

Tarix
2012.08.01 / 00:38
Müəllif
İlham, İsmi
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla