Yuxarı

Bayılda istintaq tamamlandı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:14

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar başlanmış cinayət işini araşdıran istintaq qrupu hadisə yerinə baxış keçirir.

APA-nın məlumatına görə, bu gün Bakı şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu mütəxəssislərlə birgə Bayıl yamacında gedib.

Onlar hazırda sürüşmə nəticəsində dağılmış evlərə baxış keçirir. Baxışın nəticəsi olaraq müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, Bakı Televiziya Qülləsindən 200-250 m cənub-şərqdə yerləşən Bayıl sürüşmə sahəsi bu ilin yanvar ayından aktivləşib. Fevralın 10-da baş verən son sürüşmə prosesi zamanı 4 ev tam, 1 ev qismən dağılıb. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb. Bayıl sürüşmə sahəsində vəziyyətlə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Eyni zamanda, ərazidə tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunun istintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

İstintaq qrupunun Bayıl sürüşmə sahəsinə baxışı başa çatıb.

İstintaqçıların sürüşmə sahəsinə baxış keçirməkdə məqsədi vətəndaşlara və dövlətə dəymiş ziyanın məbləğinin hesablanması ilə bağlı olub.

İstintaq qrupu tərəfindən dağılmış evlərə baxış keçirilib və müvafiq qeydlər götürülüb.

Tarix
2018.03.01 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla