Yuxarı

Mir Şahinin dələduz qardaşı şikayət verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verib.

Axar.az xəbər verir ki, Mirəddin Ağayevin vəkillərinin imzası ilə olan apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib.

Vəkillər Mirəddin Ağayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər.

Apelyasiya şikayəti hakim Elşad Şamayevin icraatına verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında Mirəddin Ağayev istintaqa cəlb olunub. Şikayətçi Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.

Tarix
2018.03.05 / 09:56
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla