Yuxarı

Bakı meri hansı əsasla bu mitinqə icazə verib? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsinə əsasən, seçki təbliğatı seçkilərə 20 gün qalmış başlaya bilər. Ancaq Milli Şura adlanan qurum martın 10-da mitinq keçirmək istəyir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev səsləndirib.

O deyib ki, onda olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti bu aksiyanı sanksiyalaşdırıb:

“Qanunun aliliyini istəyən qrup qanunun tələblərini pozmamalıdır. Kimsə düşünməsin ki, mən Əli Kərimlinin mitinqindən narahatam. Əminəm ki, onun aksiyasına heç kim qoşulmayacaq. Oqtay müəllim, Milli Məclis Bakı meriyasından izahat tələb etməlidir”.

Həsənquliyev deyib ki, ölkədə sərbəst toplaşmaq azadlığının işləməsinin tərəfdarıdır:

“Sadəcə olaraq, martın 19-dan sonra aksiyalar keçirilə bilər. Hər gün keçirsinlər. Amma bu, qanunla, martın 19-dan sonra həyata keçirilməlidir”.

Tarix
2018.03.06 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla