Yuxarı

Türkiyəyə milyardlar yatıran

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə çalışan azərbaycanlı iş adamı, "Palmali Qrup"un prezidenti Mübariz Mənsimov "Milliyyət" qəzetinə müsahibə verib. Müsahibənin azərbaycanlı oxucular üçün maraqlı olacağını nəzərə alıb, təqdim edirik:

Qaradənizin əsas daşıyıcısı

Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində Yalıkavakda tikdikləri Palmarinanın arxasındakı ərazidə Parisin məşhur prospekti Şanzelizə oxşayan bir prospekt inşa edəcəklərini, bu yay ora Las Veqas və Brodvey şoularını gətirəcəklərini söylədi. O, 270-dən artıq gəmisi ilə Qara dəniz neft daşıyıcılığının 100-də 65 faizini həyata keçirir. İşinin böyük qismi dənizdə olsa da, 40 ölkədə 45 min işçisi olan "Palmali Qrup"u, eyni zamanda, enerji, daşınmaz əmlak və turizm sektorunda da yatırımlar edir.

Parisi Bodruma gətirən

"Palmali Qrup"un bu qədər sürətlə böyüməsində 12 yaşından bəri sadəcə 3 saat yatmasının, yoxsa hərbçi ailəsindən olduğu üçün o intizamı həyatında əsas qanun kimi qəbul etməsinin payının daha çox olması məlum deyil, amma Mənsimovun enerjisinə çatmağın çətin olduğu məlumdur. Bodrumda 120 metrlik gəmilərin belə yan aldığı Palmarinanı 5 aya tikdirmişdi. Elə bilirdik bitib. Sən demə, hələ Parisin məşhur Şanzelisiz (Champs-Elysees) prospektı varmış. Palmarinanın arxasında Parisi canlandıracaqlar. Səki kafelərinin, restoranların olacağı prospekt Şanzelisizdən geri qalmayacaq. Bodrumdakı marinanın arxasında yerləşən böyük torpaq sahəsi bunun üçün ayrılıbmış.

Mənsimovun iş görmə sürətinə baxdıqda "yerli Şanzelisiz"in 3-4 ay içində tamamlanacağını təxmin etməküçün öncəgörən olmağa ehtiyac yoxdur. "Marina 5 ayda 45 milyon TL endossament edir. Sadəcə biz yox, Bodrum da qazandı. Buradan Aralıq dənizinə açıldı", - deyir.

İndi Yalıkavakda 500 milyon dollarlıq nəhəng bir turizm kompleksi sərmayəsinə başlayırlar. Gördüyüm qədəriylə bu sərmayələrlə Bodrumun mərkəzi Yalıkavaka doğru sürüşür. Həftədə 4 gün yemək bişirir, plovu əladır.

Uzun müddət tək yaşadım

- Dənizçilər gözəl yemək bişirər? Mətbəxlə aranız necədir?

- Uzun müddət tək yaşadığım və gəncliyimdə bir müddət gəmidə aşpazlıq etdiyim üçün bilirəm də, sevirəm də yemək bişirməyi. Müxtəlif növ yeməklər bişirə bilirəm. Evdə olanda həftədə 3-4 gün yeməyi özüm bişirirəm. Uşaqları məktəbə aparmazdan əvvəl nahar hazırlamağı, stress atmaq üçün, dostlarım üçün yemək bişirməyi sevirəm. Makaronu, plovu gözəl bişirirəm.

Boru, dəniz rəqib ola bilməz

- Yeni neft boru xətti "Trans Anadolu Qaz Boru Xətti" proyektində (TANAP) varsınız?

- SOKAR-la onsuz da həmkaram. Çox işlərdə birik.

- Binaya girərkən rast gəldiyim oğlunuz Məcidə "atan nə işlə məşğuldur" deyəndə "gəmiçidir" dedi. Ən böyük işiniz neft daşıyıcılığıdır, həqiqətən də... Boru xəttləri tankerlərə rəqibdir?

- Əsas işimiz, bəli, neft quyularının xidmətləri, nəqliyyat, tankerlərdi, dünyada ilk üçlüyə girən flotumuz var. Liman işlərimiz var. Sualınıza gələndə isə qətiyyən elə deyil. Dəniz daşıyıcılığı tarix boyu ən ucuz, ən effektiv nəqliyyat növü olub. İstər qatar, istər təyyarə nəqliyyatından çox aşağı qiymətə başa gəlir.

- Bakı-Ceyhan boru xəttindən illik 50 milyon xam neft gəlir. Bu gəmilərə ziyan verir?

- Xeyr. Boruyla gələn neft zatən dəniz olmayan yerlərdən gəlir. Dəniz olan yerdə boru daşıyıcılığı effektiv deyil, sərf eləməz. Gəmiçiliyin alternativi gələcək 50 ildə belə olmayacaq.

- Neft daşıyıcılığının nə qədərinə nəzarət edirsiniz?

- Qara dəniz neftinin 100-də 65-dən çoxuna biz nəzarət edirik.

Şahəng ilə eyni cür hərəkət edirik

- Marinaya böyük pul yatırdınız? İlk 5 ayda nə qədər yatırım etdiniz?

- 120 metrlik gəmi belə bu yay bizim limana gəldi. İyundan başlayaraq bu günə qədər ilk 5 ayda 45 milyon TL yatırım edilib.

- Yeni turizm kompleksiniz harada olacaq? Nə qədərə başa gəlir?

- Yenə Yalıkavakda. Çox lüks bir otel tikdirəcəyik. Bura 500 milyon dolları keçər. İçində otel, villalar, qolf sahəsi olacaq. 2014-cü ildən başlayacağıq, bir ilə bitirməyi planlaşdırırıq. Bu il hələ ki, Marinanın böyüməsi var. Biz marinanı hələ bitirməmişik. Bu il onu da tamamlayacağıq...

- Fərid bəylə ortaq nə edəcəksiniz?

- O hələ məlum deyil. Fərid Şahəng istəsə ortaq olar. Tək də ola bilərik. Biz Fərdi Şahəng ilə qardaşıq, istədiyi an, istədiyi nisbətdə, istədiyi şirkətə, istədiyi qiymətlə ortaq olar. Bizim aramızda söz ola bilməz. Çox sevdiyim bir insandır. İkimizin də başı eyni işləyir. O da mənim kimidir. Çox düşünməyi sevməz, sürətlə qərar verər. Sürətlə irəli gedər. Marinadakı restoranların az qala hamısı "Doğuş Qrup"a aiddir.

"Palmalife"ın detoks qrupu qışda İstanbulda işləyəcək

- Çox şıx görünürsünüz. Detoks oteliniz var. İdman edirsiniz?

- Hər səhər üzür və qaçıram. Amma son vaxtlar 1.5 kilo kökəlmişəm. Bodrumdakı "Palmalife" otelimizin detoks qrupu qışda 3 ay İstanbulda işləyəcək. Gündə iki saatlıq paketlər hazırlayacaklar.

Onlar gələnə qədər verə bilməsəm mən də o paketlərdən götürəcəm artıq! Sağlamlıq, konqres, qolf turizmi, marina, bunlar Bodrumun ehtiyacı olan sərmayələr. Qış aylarında bir fabrikdə 5 adam işləsə belə, cəmi 300-400 adamlıq izdiham yaranar. Bodrum sezonluq bir yer olmaqdan çıxmalıdır. Bodrum Türkiyənin ən qiymətli yerlərindən biridir.

Bilirəm, müharibədən heç kim xeyir görməz.

- Üç il əvvəl ermənilərlə sərhədin açılmasıyla bağlı Azərbaycanla əlaqələrimiz gərginləşdi. Bir müddət əvvəl Azərbaycan prezidenti Əliyev ölkəmizə ziyarət edib Ərdoğanla görüşdü. Yeni səhifə açıldığı görülür. Siz nə düşünürsünüz?

- Türkiyə prezidenti Abdulla Gülün Əliyevin şərəfinə verdiyi ziyafətdə mən də var idim. Bir Azəri olaraq çox xoşbəxtəm. Bu gün artıq iki dövlətin təkcə şüarlarda deyil, həqiqətən tək bir millət olduğunu görürük. Sözün düzü, Ermənistanla sərhədlərin asanlıqla açılacağını düşünmürəm. O sərhədi türk xalqı bağlayıb. Onsuz da, baş nazir Ərdoğan, "Qarabağ problemi həll edilmədiyi müddətcə o sərhəd açıla bilməz", deyib. Təbii ki, Qarabağ problemi həll edilsə, açılsın, niyə açılmasın. Özüm hərbçi nəslindən olsam da, bir şeyi bilirəm ki, heç bir müharibədən heç bir xeyir gələ bilməz. Azərbaycan torpaqlarını geri versələr, hər şeydən əvvəl Ermənistan üçün yaxşı olar. Azərbaycan ilə, Türkiyə ilə ticarət əlaqələri inkişaf edər. Kasıb vəziyyətdə yaşayan Ermənistan xalqı da daha xoşbəxt həyat sürər. Bir lobbi icazə vermir bu işin dostluqla, razılaşma ilə bitməsinə. Düşmənlik, kin yaxşı şey deyil.

- Düzələn əlaqələrin iş dünyasına təsiri necə olar?

- Bilirsiniz, Əliyevin siyasəti çox dəqiqdir. İstəyi Türkiyədən iş adamlarının Azərbaycana gedib tenderlərə qoşulub sərmayə qoymağıdır. Eyni cür Azəri iş adamlarının Türkiyədə iş qurması. Bunu həmişə prioritet hesab edib. Azərbaycanın son üçü ildə Türkiyədə qoyduğu sərmayə 17 milyard dollara çatıb...

Mənsimovla reportaj edərkən 13 yaşındakı qızı Nüşabə otağa girdi. Piano dərsinə getməmişdən əvvəl atasına baş çəkməyə gəlmişdi. O vaxta qədər suallara böyük ciddiyyətlə cavab verən atasını möhkəm-möhkəm qucaqlayanda cib teleonumun kamerası işə düşdü, fürsəti qaçırmadım!

Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir

- 15 il əvvəl Türkiyəyə gəlib burada yaşamağa başlayan Mübariz Mənsimov ilə bu qarşımda oturan Mənsimovun lüks vərdişləri necə dəyişdi?

- Bir çox türk iş adamını başa düşmürəm. İqtisadiyyat sinifində buna sadə həyat deyər. Xeyr, əfəndim, buna xəsislik deyirlər. Qazancımın yüzdə 10-nu özümə, ailəmə, dostlarıma xərcləməyi sevirəm. Lüks nədir? Yetər ki, rahat olsun, hər şeyi geyinərəm. Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir. 15 il bundan əvvəl kiçik təyyarə ilə uçurdum, indi böyük təyyarə ilə uçuram. Lüksdü, ya yox, mənimçün fərq etməz. Kiçik təyyarədə də bir kresloda otururdum, böyükdə də. Ev desəniz? Sovet dövründə hər kəs bərabər yaşayırdı, bilirsiniz. Dövlətin hər şeylə təmin etdiyi 60 metrlik bir evdə doqquz uşaq böyümüşük. Evin böyüklüyü xoşbəxtlik mənasına gəlmir. Evdəkilər razılaşsa, balaca evə köçərəm. Üzməyi, dənizin altında gəzməyi çox sevirəm. Suyun altının lüks olub olmağını bilmirəm!

Varlı müştərini Bodrum Yalıkavak çəkdi

- Marinada daha nələr edəcəksiniz?

- Hələ üstündə tikinti aparmadığımız böyük bir ərazimiz var, marinanın arxasındakı yolun üstündə. Orada daha çox əyləncə sektorunu genişləndirəcəyik, dükanlar, restoranlar, küçə kafeləri olacaq. Palmarinanın dünyada alternativi yoxdur, Şanzelisizin balacası kimi təsəvvür edin. Uşaqlar üçün çox gözəl əyləncə mərkəzi də olacaq. 40 milyon dollara başa gələcək. Palmarinanın dünyada alternativi yoxdur. Bu dəqiqə 100 faiz doludur. Bir gündə 80 metrlik 6 gəmi yan alır... 3 milyard dollarlıq gəminin yan aldığı çox gün oldu yayda. Hər gün ortalama 20 min adam Marinaya girib-çıxdı. İtaliya, Yunan adalarından varlı müştəriləri ora cəlb elədik. Yeni ildə daha böyükn surprizlər olacaq.

- Necə surprizlərdir bunlar?

- Doğuşun şirkəti İMG ilə Las Veqas, Brodveydən böyük şoular gətirəcəyik. Razılaşmalar üçün Amerikaya gedirik. Məqsəd varlı xarici turistləri Türkiyəyə cəlb eləməkdir. Bodrumun Marbelladan, Portaçelidən, İbizadan, Naysdan, Monakodan çox daha üstün bir yer olduğunu göstərmək istəyirik. Hal-hazırda Yalakavakda daimi işləyən personalımız üçün ailələriylə birlikdə qalacaqları 300 adamlıq mənzil tikirik. Köhnə Sovet Rusiyası kimi... Bodrumda üç otel, bir Marinamız var. Biz mənzil verə bilmədyimiz personalımızın da kirayəsini ödəyirik. Kommunist rejimin hər şeyi pis deyildi ki. Təhsil, sağlamlıq xidmətləri, insanların bərabərliyi vardı. İnsanların zəmanəti vardı.

İşçinə yaxşı şərait yaratmalısan

- Kapitalizm yaxşı işləmirsə, demokratiya demək deyil. Ən güclü demokratik tərif sosializmdə var, hər kəsin bərabər olması. Amma Sovetlər Birliyi dağılanda elə olmadığını gördük. Bu gün kapitalizmin də çat verdiyini görürük. İşçinə yaxşı şərait yaradacaqsan ki, qarşılığını görəsən. Dünyada ən çox neft daşıyan bir nömrəli şirkətik. Bunu hər halda mən tək başıma etmədim, kapitanlar, mühəndislər etdi. İl sonunda mütləq mükafat verirəm. Uşaqlarıma da deyirəm, bizim yediyimiz çörək parçası işçilərimizin sayəsindədir. Paylaşmağı bilmək məcburiyyətindəyik.

Xaricdə qazanıb Türkiyəyə yatırdım

- Otel xaricində hansı yatırımlarınız var?

- Mən xaricdə qazanıb Türkiyəyə yatırım etdim. Təkcə limanlara qoyduğumuz sərmayə 1 milyard dolları keçib. Limanlarda 2 milyard dollarlıq yeni gəmi sifarişimiz var. Enerjiyə böyük sərmayə qoyuruq.

Futbolçunun anası bizim də anamızdır

- Fərid Şahənglə yaxın dostsunuz. Fənərbaxça bu il yaxşı oynayır. Fərid bəy sizə sataşır?

- Heç futboldan danışmırıq. Fənərli qardaşım Fərdi bəy də, "Qalatasaray"lılar da inciməsin, amma mənə görə Türkiyənin tək xalq komandası "Beşiktaş"dır. Köhnə idmançıyam. Xuliqanlığı dəstəkləmirəm. İdmanda xuliqanlıq, söyüş olmasın yetər. Mənim Azərbaycanda klubum var. 9 milyonluq Azərbaycan xalqından 3 milyonu bu komandanı dəstəkləyir. Ağızlarından bircə dənə də olsun söyüş çıxmaz. Bu söyüşləri futboldan yığışdırmaq lazımdır. Futbolçunun anası, bacısı bizim anamız, bacımızdır.

Tarix
2013.11.27 / 00:09
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla