Yuxarı

Dünyanın ən gözəl müharibə müxbiri: Vətən üçün ac, susuz...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bosniya-Hersoqovinanın məşhur müharibə müxbiri, Kosovo, Xorvatiya, Bosniya müharibələrinin ön cəbhələrində olan, NyuYork “Dünya jurnalisti” mükafatı sahibi Ariyanna Saraseviç Helaçla müsahibəni təqdim edir:

– Haqqınızda çox şeyi bilirəm: siz cəsarətli, gözəl, məşhur müharibə müxbirisiniz. Hardan və necə başladığınızı bizə danışa bilərsinizmi?

– Mən əslində belə bir jurnalist kariyerasını planlamamışdım. Siyasi elmlər bölümündə təhsil alanda öz yolumu mədəniyyət sahəsi istiqamətində cızmaq istəyirdim, lakin siyasi potensialım buna imkan vermədi. Sonra keçmiş Yuqoslaviya ölkələrində müharibə başladı. Mən ön cəbhədə olmalı və əlimdən gələn hər şeyi etməli olduğumu başa düşdüm. Çox gənc idim və müharibə müxbirliyi sənətini mən elə ön cəbhədə öyrəndim. Ölkəm işğal olunmuşdu. Hamı Bosniya-Hersoqovinanı tərk edirdi. Onda öz vətənimə mikrofonun köməkliyi ilə yardım etmək qərarına gəldim. Bu, bir neçə il davam etdi. 1993-cü ildə Nyu Yorkda “Dünya jurnalisti” mükafatına layiq görüldükdə bunun jurnalistika fəaliyyətimin kuliminasiya nöqtəsi olduğunu başa düşdüm. Bu aldığım qərar mənim daha yaxşı bir jurnalist olmama yardım etdi.

Eyni vaxtda Mirsadla ailə həyatı qurdum, böyük oğlum Dzan dünyaya gəldi. Altı il sonra oğlum Adi doğuldu. Başqa ölkələrdə isə müharibə hələ də davam edirdi. Bosniya və Hersoqovinadakı müharibədən sonra mən Kosovoya getdim. Cinayət və siyasi korrupsiya elmi tədqiqatçısıyam, olmuşam və olacam da. Hazırda redaktor kimi fəaliyyət göstərirəm və müharibə, cinayət, siyasi korrupsiya mövzulu sənədli filmlərin müəllifliyini edirəm.

– Bosniya xalqının müharibə zamanı yaşadığı dəhşətlər haqqında iki mindən çox yazınız var. Bizə bir az bu illərdən danışa bilərsiniz?

– Bu, həyatımın ən dəhşətli illəri idi. Müharibə bəşəriyyətin başına gələ biləcək ən dəhşətli şeydir. Bosniyanı tərk etməmək qərarına gəlmişdim. Amma xalqın yaşadığı dəhşəti görmək çox ağrılı idi. 1992-1995-ci illərdə mən hər gün fərqli-fərqli cəsədlər görürdüm. Biz ac idik, susuz idik, donmuşduq, amma qürurlu idik. Biz öz ölkəmizin azadlığı uğrunda mübarizə aparırdıq, dünyaya həqiqətləri çatdırırdıq. İyirmi il sonra başa düşdüm ki, bizi möcüzə xilas edib.

– Başqa hansı ölkələrdə olmusunuz? Hansı ölkələrlə bağlı müharibə xəbərləriniz var?

– XX əsrin sonunda baş verən müharibələrin çoxunda ön cəbhədə fəaliyyət göstərmişəm. Amma əsas önəm verdiyim yer Kosovo idi, ondan əvvəl 1991-ci ildə Xorvatiyada idim.

– Yaxın Şərqdəki proseslər haqda nə düşünürsünüz?

– Təəssüf ki, Yaxın Şərqi hədəfləyən bu unikal hadisə yeni bir şey deyil – yeni bölgü, etnik və dini etiqadın yeni sərhədləri... Bu proses bir çox suriyalını öz ana vətənlərini, evlərini tərk etməyə məcbur etdi. Bosniyadan bilirik ki, qaçqın olmaq necə ağrılı bir şeydir. İnternetdə yayılan müharibə fotoları məni ağır yaralayır.

– Yaşadığınız müharibə dəhşətləri şəxsi həyatınıza necə təsir edib?

– Yaşadığım hər şey öz seçimim idi – müharibədən başqa. Jurnalistikanı seçdiyimə görə həyatda çox şeydən məhrum oldum. Fəaliyyətim zamanı özüm üçün heç bir şey etmədim. Mən həmişə insanlar və nəşrlər üçün çalışdım.

– Bir çox gənc xanım jurnalistin ilham mənbəyisiniz. Müharibə jurnalisti olan gənclərə hər hansı bir tövsiyəniz varmi?

– Arzu edirəm ki, heç bir jurnalist müharibə şəraitinə məcbur olmasın. Gənc qadın jurnalistlər isə cəsarətli olmalı, şərtlərin necəliyindən asılı olmayaraq, nəşr və cəmiyyət üçün xidmət göstərməlidir. Şəxsi maraqlar jurnalistika deyil. Özümüzə inanmalı, populyarlıq və uğurun arxasıyca qaçmamalıyıq. Bizim vəzifəmiz bu deyil. Bizim vəzifəmiz cəmiyyətin daha yaxşı formalaşmasına köməklik göstərmək, cinayət, siyasi korrupsiyaya qarşı mübarizə aparmaqdır.

Tarix
2018.03.16 / 08:45
Müəllif
Rəfiqə Məmmədova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla