Yuxarı

Bakı-Qazax yolunda ağır qəza: ölən var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax avtomaqistralında ölümlə nəticələnən qanlı yol nəqliyyat hadisəsi baş verib.

Yük "KAMAZ"ının təkərinin partlaması Bakı-Qazax avtomagistralında dəhşətli qəzaya səbəb olub.

"Axar.az" "Trend"ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ağstafa rayonu ərazisində baş verib. Qazaxdan paytaxta sərnişin daşıyan "Mercedes sprinter" markalı avtomobil qarşıdan gələn "KAMAZ"la toqquşub.

Qəza yük avtomobilin qabaq təkərinin partlaması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Zərbənin gücündən içində sərnişin olan mikravtobus magistral yolun kənarında olan arxa düşüb.

Nəticədə "Mercedes sprinter"in sürücüsü 41 yaşlı Qazax rayon Xanlıqlar kənd sakini Mətləb Musatafayev və yol kənarında dayanan Ağstafa rayon Aşağı Göycəli kənd sakini Niyaməddin Tağıyev yerindəcə dünyalarını dəyişiblər.

Mikroavtobusda olan digər 7 sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, zərərçəkənlərdən İlqar Tağıyev, Orxan Əhmədov, Ceyhun Həşimov ilk yardım aldıqdan sonra evə buraxılıblar.

Digər yaralılar, 1 qadın olmaqla 4 nəfər isə həkim nəzarətindədir.

Faktla ələqədar BDYP-nin İstinaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Tarix
2013.11.27 / 08:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla