Yuxarı

Azərbaycan özünü iqtisadi körpü kimi tanıdıb - Serageldin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz mədəni dəyərləri, multikulturalizmə, eləcə də etnik və ya dini mənsubiyyətdən asılı olmayaraq bərabərhüquqluluğa dəstək xüsusiyyətləri ilə özünü Şərqlə Qərb arasında mədəni və iqtisadi körpü olaraq tanıdıb.

Bu barədə Trend-ə Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

İ.Serageldin qeyd edib: "Biz son 10-15 il ərzində Azərbaycanın əldə etdiyi mühüm tərəqqini görməkdən şadıq. Bu, nəinki ölkənin mükəmməl inkişaf edən infrastrukturu üzrə, eləcə də iqtisadiyyatın dərhal bir neçə sektorunun həqiqətən də irimiqyaslı inkişafı üzrə nəzərə çarpır".

Ölkəmizin dünya mədəniyyətinə mühüm töhfəsindən bəhs edən İsgəndəriyyə Kitabxanasının direktoru bildirib ki, Azərbaycan dünyaya xatirəsi bu gün də yad olunan bir çox böyük şəxsiyyətlər bəxş edib:

"Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi deyə bilərəm ki, hələ 12-ci əsrdə bu gün də aktual olan və hətta indi də bütün dünyanın dərk edə bilmədiyi mütərəqqi ideyalar yaradan böyük Azərbaycan şairi Nizami Gəncəvinin irsinin qorunub saxlanmasına görə fəxr edirəm".

O əlavə edib ki, Azərbaycan paytaxtında artıq 6-cı dəfədir keçirilən Qlobal Bakı Forumu açıqlıq, əməkdaşlıq, xalqlar arasında dostluğun rəmzi olan əhəmiyyətinə görə böyük tədbirdir və bunu hər il bir çox ölkələrdən iştirakçıların, prezidentlərin və baş nazirlərin sayının artması təsdiq edir.

Tarix
2018.03.18 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla