Yuxarı

On ilə bu peşələr ləğv olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı gələcəkdə bir sıra peşə sahiblərini işsiz qoyacaq. Buna səbəb bəzi peşələrin yox olaraq tarixə qovuşması olacaq. Ancaq ənənəvi peşələrin bir qisminə isə tələbat artacaq.

Axar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yaxın gələcəkdə marşrutlarda konduktor, marketlərdə kassir, satış menecerləri, rieltorlar.. kimi vəzifələr tarixə qovuşacaq. Buna əsas səbəb sahibkarların aylıq maaş vermək yerinə bu işi görə bilən və yalnız bir dəfə pul ödəyib alınan texnologiyalara üstünlük vermələridir.

Ekspert Elnur Əliyev bildirir ki, gələcəkdə yoxa çıxacaq peşələrin sayı çox olacaq. Ancaq bu hansısa narahatlıq yaratmamalıdır. Çünki informasiya-kommunikasiya texnologiyalarının, eləcə də təbiət elmlərinin sürətli inkişafı bir sıra yeni peşələrin yaranmasına, mövcud olanlara isə tələbatın artmasına gətirib çıxaracaq. Məsələn, genetika mühəndisliyi, elektron idman oyunçuluğu, kibertəhlükəsizlik mütəxəssisi bunlardan sadəcə bir neçəsidir. Buna görə ali təhsil müəssisələri də tədris etdiyi fakültələri müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Onu da qeyd edək ki, müasir texnologiyalarla yanaşı, bir sıra ənənəvi sahələrə tələbat isə artacaq. Bunlar psixoloq, din xadimliyi, idman müəllimliyi və diş həkimliyi kimi sahələrdir.

Tarix
2018.03.19 / 02:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla