Yuxarı

Novruz bazarlığını buradan edin – Qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt əhalisi Novruz bayramı ilə bağlı təşkil edilən yarmarkalara böyük maraq göstərir. Belə ki, yarmarkalardakı qiymətlər marketlərə nisbətdə aşağı olduğu üçün əhali daha çox bura axın edir.

Axar.az xəbər verir ki, şəhərin Xətai, Nərimanov, Səbail, Suraxanı rayonlarında və Binəqədi ərazisində kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub.

Sakinlərin sözlərinə görə, yarmarkada alış-veriş etmək daha sərfəlidir, çünki belədə 15-20 manat qənaət etmək olur.

Yarmarkada bayramın vazkeçilməz nemətlərindən olan fındığın kilosu 6, şabalıd 7-8, innab 3, portağal 2 manatdır. Ancaq marketlərdə fındıq 8, şabalıd 10, innab isə 3 manat 50 qəpikdir.

Şirniyyat üçün lazım olan qoz ləpəsi mağazada 22 manata təklif olunduğu halda yarmarkada 18-20 manatdır. Qabıqlı qozu isə yarmarkalardan 5 manata da əldə etmək olar.

Badam ləpəsinin qiymətində də fərq var. Yarmarkada 18 manata satılan badam mağazada 26 manatadır. Qaysı qurusunun yarmarka qiyməti 8, mağaza qiyməti isə 10-11 manatdır.

Süfrənin vazkeçilməz çərəzi olan fıstıq yarmarkada 17-19 manata, marketdə isə 22-25 manatadır.

Yarmarkalarda Novruzun simvolu olan səmənilərin qiyməti ölçüsündən asılı olaraq dəyişir. Belə ki, 1 manatdan tutmuş 10 manata qədər müxtəlif qiymətlərə səməni almaq mümkündür.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını keçirir.

Tarix
2018.03.19 / 11:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla