Yuxarı

Prezidentin cari fəaliyyəti ayrı, təbliğatı ayrıdır - Əli Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:56

Seçkilərdə kütləvi informasiya vasitələrinin rolu namizədlərin rolu qədərdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Seçkilərdə KİV-in rolu” mövzusunda çıxışı zamanı deyib.

Ə.Həsənov artıq seçkilərlə bağlı xüsusi məqamların KİV-ə bəlli olduğunu deyib:

“Bu məsələdə hər şey bəllidir. Ona görə sizə yeni nələrsə deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı bu tədbir KİV-in rolu, vəzifəsi, məsuliyyətini bir daha Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə çatdırmaqdan ibarətdir. Seçki Məcəlləsində bununla bağlı dörd bölmə göstərilib. Hər bir seçki üç mərhələdən ibarətdir: təbliğata qədərki, təbliğat dövrü və seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması. Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. İlk növbədə namizədlərdir. Yəni diqqət mərkəzinə çıxan namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə kütləvi informasiya vaistələri ilə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, debatlar şəklində televiziyalarda da çıxış etməlidir. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq, efir vaxtını hamının baxa biləcəyi 21-23 saatları arasında müəyyən edib. Hesab edirəm ki, bu, kifayət qədər münasib vaxtdır. Radio debatları 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək. Namizədlərin çıxışını əhaliyə yenə də KİV çatdıracaq. Bununla yanaşı, namizədlər bölgələrdə canlı görüşlər keçirəcəklər. Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə KİV çatdıracaq. Seçkilərdə kütləvi informasiya vasitələrinin rolu namizədlərin rolu qədərdir. Namizədlərin əhaliyə çatdırmaq istədikləri proqram, hədəfləri onlar çatdırır”.

Ə.Həsənov bildirib ki, seçkilərin işıqlandırılmasında ikinci məqam KİV-in fəaliyyətinin Seçki Məcəlləsinə uyğun tənzimlənməsidir:

“Seçki Məcəlləsinin tələblərinin nəzərə alınmaması ümumi seçki prosesinə xələl gətirə bilər. Seçki müşahidə missiyaları namizədlər üçün yaradılmış şərait barədə fikirlərini səsləndirəcək. Namizədlərin biri hazırkı prezidentdir. Bu gündən ölkədəki fəaliyyətinin işıqlandırılması ilə onun təbliğ olunması arasındakı fərqi müəyyən etmək üçün peşəkarlığınız mühümdür. Bu zaman Seçki Məcəlləsinin pozulmamasına çalışmalısınız”.

Ə.Həsənov bildirib ki, hər bir KİV həm də kommersiya qurumudur:

“Namizədlər müraciət edərkən pullu efir vaxtı ilə bağlı Məcəllənin tələbləri pozulmasın. Yəni bir namizəd üçün yaradılan şərait digər namizədlər üçün də yaradılmalıdır. Burada da mütləq şəkildə KİV-in peşəkarlığı və Seçki Məcəlləsini necə mənimsədiyiniz bəlli olacaq. Bugünkü seminarın məqsədi məsuliyyət və kommersiya maraqlarının uyğunlaşdırılmasıdır”.

Tarix
2018.03.19 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla