Yuxarı

Hərbi attaşelər DSX-də - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bazasında və “Sərhədçi” İdman-Olimpiya Mərkəzində olublar.

DSX-nin mətbuat mərkəzindən Axar.az-a verilən məlumata görə, 17 dövləti təmsil edən 27 hərbi attaşe heyəti əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində olublar. Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətinə dair keçirilmiş təqdimatda hərbi attaşelərə dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər, həmsərhəd və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.

Ziyarətçilər bazanın fəaliyyəti və mövcud imkanları, o cümlədən qərargah binası, Birgə Komanda İdarəetmə Mərkəzi, tədris mərkəzinin xarici dil, dalğıc, baxış qruplarının hazırlanması sinifləri, gəmi inşası və təmiri mərkəzində inşa edilmiş sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış olublar.

“Sərhədçi” İdman-Olimpiya Mərkəzinə səfər zamanı mərkəzin binalar kompleksi, o cümlədən universal zalı, meydançaları, üzgüçülük hovuzu, mehmanxanası və digər maddi-texniki imkanları qonaqlara nümayiş etdirilib.

Ölkəmizin ən böyük və əzəmətli idman qurğularından olan, müasir tələblərə cavab verən mərkəzin 32 idman növü ilə məşğul olmağa, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verməsi, son illərdə sərhədçi idmançıların və paralimpiyaçıların çoxsaylı beynəlxalq və yerli yarışların qalibi və mükafatçısı olması barədə məlumat verilib.

Tarix
2018.03.19 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla