Yuxarı

İçərişəhərdə Novruz şənliyi - "Bahar qalası"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq baharın müjdəçisi olan Azərbaycan xalqının qədim, milli adət-ənənələri ilə zəngin Novruz şənlikləri təşkil edib.

Axar.az xəbər verir ki, martın 20- də İçərişəhərdə Qoşa Qala qapısında “Bahar qalası” adlı Novruz şənliyi keçirilib.

Şənlikdə paytaxt sakinləri, şəhərimizin qonaqları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Səhər saatlarından başlayan Novruz şənlikləri bayramın personajları olan Kosa və Keçəlin qonaqları salamlaması ilə başlayıb.

Bayram şənliyində milli-tətbiqi sənət məhsulları, suvenirlər, rəsm əsərləri, broşürlər, açıqcalar, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Bununla yanaşı, paytaxt sakinləri və şənlikdə iştirak edən qonaqlar Azərbaycan mətbəxinin ləziz təamları və bayram şirniyyatlarından dadıblar.

Özbəkistan, Tacikistan, Qırğızıstan, Rusiya, Türkiyə, eyni zamanda ölkəmizin adət-ənənəsini əks etdirən bayram çadırları qurulub. Burada hər bir ölkənin milli adət və ənənəsinə məxsus kulinariya, geyim, suvenir və sairə nümayiş olunur.

Sonra bayram maraqlı və rəngarəng konsert proqramı ilə davam edib.

Milli muğamlarımız, estrada musiqisi, rəqs qruplarının ifası paytaxt sakinləri və şəhərimizin qonaqlarına əsl bayram ab-havası bəxş edib. Novruz adətlərinin də yer aldığı konsertdə yerli ifaçılarla yanaşı, İran, Rusiya, Özbəkistan, Türkmənistan folklor qruplarının nümayəndələri öz təbriklərini çatdırıblar.

Qeyd edək ki, Novruz şənlikləri İçərişəhərdə martın 26-dək davam edəcək.

Tarix
2018.03.20 / 20:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla