Yuxarı

Bakıda külək ağacı aşırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:28

Güclü külək bakıda və ölkəmizin müxtəlif yerlərində fəsadlar törədib.

Axar.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində küləyin aşırdığı ağac yolun ortasına düşüb. Xoşbəxtlikdən xəsarət olmasa da, yol bağlanıb.

Güclü külək səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. APA-nın məlumatına görə, külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndində bəzi evlərin dam örtüyünü uçurub. Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.

Güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, eləcə də elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Tarix
2018.03.21 / 18:14
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla