Yuxarı

Elkapone Qarabağ qazilərinə ev verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli Məmmədovun təşəbbüsü ilə bu gun Bakıdakı şadlıq saraylarından birində şəhid ailələri və Qarabağ qazilərinin iştirakı ilə Novruz bayramı şənliyi təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirə Füzuli Məmmədov, Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Haluk Pekşen, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov, eləcə də şəhid ailələri və Qarabağ qaziləri qatılıb.

Tədbiri açıq elan edən Şəmistan Əlizamanlı iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib və repertuarından bir neçə mahnı oxuyub.

Tədbirdə çıxış edən türkiyəli millət vəkili Haluk Pekşen Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. Bakı-Tiflis-Qars dəmiryolunun əhəmiyyətini vurğulayan Haluk Pekşen bu layihənin Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını bildirib:

"Bakı-Tiflis-Qars layihəsinin həyata keçirilməsi ilə Azərbaycan dünyanın yeni iqtisadi mərkəzlərindən birinə çevrilməkdədir".

Daha sonra türkiyəli millət vəkili Qarabağ problemindən danışıb: "Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin problemidir. Sizin gözləriniz dolanda bizim də gözlərimiz dolur, sizin qəlbiniz çırpınanda bizim də qəlbimiz çırpınır. İnşallah, Azərbaycanın Qarabağ problemi həll olunacaq. O zaman mən yenə Azərbaycana səfər edəcəyəm. Amma millət vəkili kimi deyil, Haluk Pekşen kimi gələcəyəm".

Tədbirdə daha sonra "Savalan" qrupunun solisti Novruz Novruzlu "Bil, oğlum" mahnısını ifa edib.

Qeyd edək ki, tədbirdə Füzuli Məmmədovun 6 Qarabağ qazisi-şəhid ailəsinə - Kamil Musəvi, Eşqin Hüseynov, İlkin Talibov, Arzu Məmmədov, Nəzər Abdurrəhmanov, Ramin Vəliyevə ev hədiyyə etdiyi açıqlanıb.

Tarix
2018.03.21 / 21:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən ölkədən gedən sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla