Yuxarı

Novruz şənliyində havaya atəş açdı, yaxalandı - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl sakini Elxan Əliyevə məxsus fermadan 55 baş qoyun oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, oğurluqda şübhəli bilinən Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən sakini, əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə sakini Rafiq Bayramalıyev saxlanılıblar.

Tərtərin Köçərli kəndi ərazisində isə keçirilən bayram şənliyində kənd sakini Əli Əlisoy xuliqanlıq zəminində tüfəngdən havaya 1 dəfə atəş açıb. Ə.Əlisoyun evinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olmayan İJ-28 markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Martın 21-də Lənkəranda yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib.

Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb. Qətli törədən istintaqa cəlb olunub.

Tarix
2018.03.23 / 12:20
Müəllif
Bayan Nigar
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla