Yuxarı

FHN beşmərtəbəli binaları sökmək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) sovet dövründə tikilmiş, bugünkü keyfiyyət standartlarına cavab verməyən beşmərtəbəli panel binaların sökülməsini təklif edir. Amma hökumət bu məsələdə gözləmə mövqe tutur.

"Axar.az"ın xəbərinə görə, bunu Trend ə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Ekspertiza İdarəsinin rəisi Lətif Zeynalov bildirib.

Onun sözlərinə görə, bu təklif əsas etibarilə Bakının mikrorayonlarındakı "xruşovkalara" aiddir: "Bu binalardakı ikiotaqlı mənzilin sahəsi 30 kvadrat metrdir. Otaqlar kiçikdir, isitmə sisteminə malik deyil. Kanalizasiya və su təchizatı sistemi çox pis vəziyyətdədir. Əgər özəl şirkətlər üçün əlverişli şərait yaradılarsa, boşaldılan ərazidə yeni, keyfiyyətli yaşayış massivləri salmaq olar".

L.Zeynalov bildirib ki, bir neçə il əvvəl Cənubi Koreyadan olan mütəxəssislər bu məsələyə maraq göstərsələr də, layihə inkişaf etdirilməyib.

Tarix
2013.11.27 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla