Yuxarı

İtkin düşən qızın atası: “İki gündür anası da itib”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtkin düşmüş Leyla Məmmədovanın atası Müşfiq Məmmədov "Hafta.az"a açıqlamasında qızının noyabrın 23-ü "Avtoralli" yarışlarına qatılmaq üçün ondan icazə alıb evdən çıxdığını bildirib:

"Məndən yol üçün 1 manat pul aldı. Yarışlar evimizin yaxınlığında keçirilirdi deyə, tək getməyinə etiraz etmədim".

Müşfiq Məmmədovun sözlərinə görə, qızı Leyla həmin gün onunla mobil telefonla əlaqə saxlayıb:

"Ona görə polisə gec müraciət etdim ki, mənə gizli nömrədən zəng etmişdi, deyirdi ki, gələcəm, gələcəm... Axır vaxtlar ona çoxlu zənglər gəlirdi, buna görə də hirsimdən telefonunu alıb sındırmışdım. Bilmirəm, ona zəng edənlər kimlər idi, çoxlu dostları var idi. Artıq telefona mən cavab verməyə başlamışdım, buna görə də özlərini yalandan başqa adam kimi təqdim edirdilər".

12 yaşlı qızın evdənqaçma ehtimalı da az deyil. Çünki Leylanın atası ilə söhbətdə qızın evdə zorakılığa da məruz qaldığı məlum oldu:

"Anası ilə ayrılmışıq, gətirdi qızı, atdı üstümüzə, getdi. Yasamalda yaşayırdı, amma indi o da axtarışdadır. 2 gündür ki, o da itib. Dayısı Leylanı döyürdü, mən onu heç vaxt döyməmişəm. Anasının adı Kristina Məmmədovadır.

Leylanın yerini bilən bir adam var. Bu, qonşuluqda yaşayan 16 yaşlı bir qız dostudur, təəssüf ki, o da indi itib. Buna görə də danışa bilmir, yəqin ki, bir yerdədirlər".

4 gün əvvəl itkin düşən Leyla Məmmədova 253 nömrəli məktəbin şagirdidir. Maraqlıdır ki, Müşfiq Məmmədov həmin məktəbə çox nadir hallarda getdiyini bildirib:

"Belə də... Arada, 1-2 dəfə getmişəm həmin məktəbə".

Tarix
2013.11.27 / 14:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla