Yuxarı

Bakıda avtomobildən 20 min dollar oğurlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərin pəncərəsini sındırıb qızıl zinət əşyası və külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Qədirov A.Salamzadə küçəsində “Toyota” markalı avtomobilindən şüşəni sındırmaqla dəyəri 500 manat olan qızıl boyunbağısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Rüstəm Rüstəmov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 29-da və cari il aprelin 7-də eyni üsulla rayon ərazisində “Porche” markalı avtomobildən 20 000 dollar, “Hyundai” markalı avtomobildən isə 670 manat və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2018.04.16 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla