Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata əsasən, aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək. Cənub küləyi əsəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tarix
2018.04.16 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İşsizlər üçün imkan: deputatlar açıqladı - Video

Azərbaycanda zibildən elektrik enerji istehsal ediləcək

Natəvan Qədimova nazir təyin edildi

Azərbaycanlılar Türkiyəni İrana dəyişdi - Statistika

Sürücülərə xəbərdarlıq: bu yollardan istifadə etməyin

Naxçıvanda əməliyyat: Külli miqdarda narkotik…

Hakimdən Əfqan Muxtarlı ilə bağlı qərar

Qanun imzalandı: sürücülərə vaxt verildi

Hüseyn Abdullayev indi hardadır?

Yol düzəldi, indi də sakinlər işıqlandırma tələb edir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla