Yuxarı

İstilik sistemi niyə iki gün tez söndürüldü? – Rəsmi bəhanə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəristiliktəchizat ASC növbəti dəfə payız-qış mövsümü üçün mənzillərə verilən mərkəzləşdirilmiş istilik sistemini vaxtından əvvəl dayandırıb.

Axar.az xəbər verir ki, mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yəni 15 noyabr tarixindən 15 aprel tarixinə kimi, düz 5 ay ərzində fasiləsiz işləməlidir. Lakin sistemin mövsümü müddəti dünən – 15 aprel tarixində bitməsinə baxmayaraq, istilik 3 gün öncədən, 12 apreldən dayandırılıb.

“Azəristiliktəchizat” artıq neçə ildir iş prinsipini eyni şəkildə quraraq zamanında dayandırmalı olduğu istiliyi 2-3 gün öncədən, heç bir xəbərdarlıq etmədən və səbəbsiz yerə dayandırır.

Ötən illər ərzində havaların bu müddətdə nisbətən mülayim keçməsi ASC-nin bu qanunsuzluğunu hiss etdirmirdi. 12 apreldən dünənə qədər hava şəraitinin kəskin dəyişərək soyuması isə qurumun yarıtmaz iş prinsipini ifşa etmiş oldu.

Problemlə əlaqədar Axar.az-a açıqlama verən Azəristiliktəchizat ASC-nin abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyev bildirib ki, mərkəzləşdirilmiş istilik sistemi dünən - 15 aprel tarixindən etibarən dayandırılıb:

“İstilik mövsümü dünəndən dayandırılıb. İstilik mövsümü dayandırılmamışdan öncə xətlərə hidravlik təzyiq verilib yoxlanılır ki, növbəti mövsümdə problem yarada biləcək hissələr müəyyənləşdirilsin. Həmin problelər, qüsur aktı tərtib edilir və tədbirlər planına salınır. Bununla zəif nöqtələr müəyyənləşdirilir ki, növbəti payız-qış mövsümündə hər hansısa qəza baş verməsin. Ona görə istilik sisteminin dayandırılmasına bir gün qalmış bütün xətlərə hidravlik təzyiq verib sınaqdan keçirirlər.

Məsələn, adi iş rejimində xətt 4 atmosferdə işləyirsə, həmin gün 2-3 dəfə artıq təzyiq verib yoxlayırıq.

Ola bilər ki, təzyiq verilən zaman hər hansısa binaya gedən xətti bağlasınlar. Həmin binada yaşayan sakinlər də normal olaraq istiliksiz qala bilər”.

Maraqlıdır, görəsən, xətlərə vurulan hidravlik təzyiq mərkəzləşdirilmiş istilik sisteminin son günü hesab edilən 15 apreldən bir gün sonra həyata keçirilə bilməzmi?

R.Əliyev bildirib ki, xətlərə hidravlik təzyiq vurulan zaman bütün xətlər açıq olmalıdır. Xətlər bağlı olsa, prosesi həyata keçirmək mümkün olmaz:

“Təzyiq veriləndə bütün xətlər açılır ki, yoxlanıla bilsin. Bu bir növ, gələn payız-qış mövsümünə də hazırlıqdır. Bu proses təmir işləri başa çatandan sonra da edilir. Yəni növbəti mövsüm başlamamışdan əvvəl hidravlik təzyiqi bir də verib yoxlayırıq ki, hər hansısa açılma varsa, bərpa edilsin”.

R.Əliyevin sözlərindən belə çıxır ki, guya 15 aprel tamam olan kimi hamı dərhal zirzəmiyə düşüb, evlərə gedən xətti bağlamağa girişdiyindən, “xəttin bağlı qalması” ehtimalı yaranır.

Əslində isə istilik sisteminin vaxtından 2 gün tez kəsilməsi qazanxanaların 2 gün az işləməsi deməkdir. Ancaq sakinlərdən vəsait tam 5 ay üçün toplanır. Bu isə müxtəlif şübhələrə yol açır.

Xatıradaq ki, payız-qış mövsümü başlayan zaman da ASC bu taktikadan istifadə edir. 15 noyabr tarixində payız-qış mövsümünün başlamasıyla mərkəzləşdirilmiş istilik sistemi işə salınmalı olsa da, buradan da “Azəristiliktəchizat” 2 günlük “qənaət” edərək sistemi 17 aprel tarixində işə salır. Bunun səbəbi isə “istilik xətlərinin yoxlanılıb, qızdırılması” ilə izah edilir.

Nigar

Tarix
2018.04.16 / 13:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla