Yuxarı

Səfirimiz Qətərin nəqliyyat naziri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qətər səfiri Rəşad İsmayılov Qətərin Nəqliyyat və Rabitə naziri Cassem bin Saif əl-Sulaiti ilə görüşüb.

Axar.az xəbər verir ki, tərəflər görüşdə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində ikitərəfli əlaqələrin mövcud vəziyyəti və həmin sahələr üzrə əməkdaşlığın inkişafı yollarını müzakirə ediblər.

Səfirimiz görüş zamanı Cassem bin Saif əl-Sulaitiyə ölkəmizin nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi barədə məlumat verib.

R.İsmayılov ötən ilin oktyabrında açılış mərasimi baş tutan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında tranzit ölkə kimi Azərbaycanın rolunun artmasına diqqət çəkib. Səfir həmçinin, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi üzrə aparılan işlərdən danışıb.

Tarix
2018.04.16 / 14:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla