Yuxarı

Bakıdakı bu beşmərtəbələr söküləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xanlar küçəsi demək olar ki, tamamilə pilot layihəyə düşüb.

Axar.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O, hələlik beşmərtəbəli binaların sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını, lakin həmin ərazidən yerli şirkətlərin sakinlərlə danışıqlar apardığını bildirib:

"Məktəb, bağça, oradan aşağıda keçmiş Psixiatriya Xəstəxanasının yeri plandadır. Hələlik beşmərtəbəli binalarla bağlı dəqiq bir söz deyə bilmərəm. Çünki məlumatım yoxdur. Onlarla əlaqədar yerli şirkətlər sakinlərlə danışıqlar aparır. Sakinlərin razılığı əldə olunsa, ola bilsin ki, həmin binalar da söküldü. Çünki Xanlar küçəsinin lap əvvəlində yerləşən üçmərtəbə və dördmərtəbə binaların hamısı tam şəkildə pilot layihəyə düşüblər və hər iki tərəfin razılığı əsasında məsələ həll olunub. Kimi kirayəyə köçüb, kimi də pulunu alıb çıxıb. Orada hazırda iş gedir. Üzü bu tərəfə isə dediyim kimi, danışıqlar gedir və danışıqların nəticəsindən sonra həmin binaların sökülüb-sökülməyəcəyi məlum olacaq. İşlər qaydasında getsə, oralar da söküləcək. Çünki Xanlar küçəsinin aşağısı, həmçinin Qurban Abbasov küçəsindəki tikililərdə iş gedir. Xanlar küçəsindən yuxarıda Əlibəyov küçəsində də sakinlərlə danışıqlar aparılır".

Tarix
2018.04.16 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla